2022-ci ilin "Şuşa ili" elan olunması ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən elan edilmiş "İdman hamı üçün layihəsi" çərçivəsində Gəncə şəhər Gənclər və İdman baş İdarəsinin təşkilatçılığı və yerli Olimpiya İdman Kompleksinin dəstəyi ilə "Üzgüçülük hamı üçün " adlı idman tədbiri həyata keçirilib. Birincilik krol, brass, arxasıüstə üzmə, batterflay üsulları üzrə 25 metr, 50 metr, 100 metr, 200 metr məsafələrdə qızlar və oğlanlar arasında təşkil edilib. Yarışın reallaşmasında məqsəd üzgüçülüyə marağın və kütləviliyin artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkili olub. Yarışın sonunda fəxri yerləri tutan üzgücülər təltif ediliblər. Təltif olunanlar arasında Musa Quliyev 50 metr məsafəni sərbəst üsulda 30.9 saniyəyə üzərək Gəncə rekordu qırıb.
- Baxış: 613