KepezTV Player
Yaşar Vahabzadə Gəncənin "Kəpəz" futbol komandasının baş məşqçi postundan istefaya göndərilib. Bu barədə qərar klub rəhbərliyi ilə 62 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub. Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilərlə müqaviləyə xitam verilib. "Kəpəz" bu mövsüm Azərbaycan Premyer Liqasındakı ilk 4 oyununun hamısını məğlubiyyətlə başa vurub. Yaşar Vahabzadə 1-ci divizion da daxil olmaqla son 4 ildə Gəncə klubuna rəhbərlik edib.
- Baxış: 467