• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 24.08.2022 16:00

Şəhid Orxan Əlilinin xatirəsi doğum günündə əbədiləşdirilib

KepezTV Player

Şəhid Orxan Əlilinin xatirəsi doğum günündə əbədiləşdirilib. Vətən müharibəsinin iştirakçısının doğulub boya-başa çatdığı Şəmkirin Qapanlı kəndində abidə-bulaq kompleksinin açılışı olub. Şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinlərinin iştirak etdiyi mərasimdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev 44 günlük müharibədə ordumuzun qazandığı tarixi qələbədən, bu qələbədə pay sahibi olan qəhrəman oğullarımıızn göstərdiyi şücayətlərdən söz açıb. Bir amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb. Çıxışlarda şəhid Orxan Əlilinin şərəfli döyüş yoluna nəzər yetirilib. Qəlbi vətən eşqi ilə döyünən qəhrəmanımızın qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğuna diqqət çəkilib. Şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Açılış mərasimindən sonra tədbir iştirakçıları Qapanlı kəndində şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edib.