• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 24.08.2022 12:06

Şuşaya səfər edənlərin sayı 10 minə çatıb

KepezTV Player

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Şuşaya 10 mininci sərnişin yola salınıb. Gülnar Orucova bugünkü reys ilə 30 ildən sonra ilk dəfə Azərbaycanın mədəniyyət paytaxtına yollanıb.

Bu günədək müəyyən edilmiş istiqamətlər üzrə 312 reys həyata keçirilib.13 min 069 Gülnar Orucova kimi sərnişin Şuşa, Ağdam və Füzuli şəhərlərini ziyarət edib.

Bilet satışı www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada aparılır. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılır. Bu kateqoriyaya Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.