• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2306
— 23.08.2022 14:11

Zelenski məhdudiyyətləri dəstəkləyən siyasətçilərə minnətdarlığını bildirib

KepezTV Player

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya əleyhinə səkkizinci saksiyalar paketinin tətbiqini dəstəkləyən avropalı siyasətçilərə minnətdar olduğunu deyib. Bildirib ki, Rusiya sanksiyaların ağırlığını hiss edənə qədər can almağa davam edəcək. Buna görə də məhdudiyyətlər ən qısa zamanda qüvvəyə minməlidir.

Sanksiya paketləri arasındakı interval nə qədər uzun olsa, Rusiyanın cəsarəti də bir o qədər artır. Mən obyektiv reallığın tanınması və Rusiyanın hüquqi cəhətdən terrorçu dövlət kimi müəyyən olunmasını təbliğ edən müxtəlif ölkələrdən olan dostlarımıza minnətdaram. Bu məsələ gec-tez öz həllini tapacaq. Yeganə sual, beynəlxalq ictimaiyyət bu terrora görə məsuliyyət daşıyanları cəzalandırana qədər Rusiyanın nə qədər can alacağıdır.