• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1407
— 23.08.2022 12:33

WhatsApp-da “birdəfəlik” baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub

"WhatsApp" messencerində "birdəfəlik" baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub. Bildirir ki, bu tip faylların ekran görüntüsünü qeyd etmək mümkün olmayacaq. Belə qadağa artıq Android proqramının beta versiyasında sınaqdan keçirilir. "WhatsApp" "birdəfəlik" faylı göndərməzdən əvvəl istifadəçini ona yalnız bir dəfə baxa bilməsi haqqında məlumatlandırır. Mesajı başqasına yönləndirmək, saxlamaq, surətini çıxarmaq və ya ekran görüntüsünü çəkmək mümkün olmayacaq. Bununla belə, "WABetaInfo" nəşrinin müəllifləri qeyd edirlər ki, istifadəçiyə ekranda baş verənləri başqa smartfonun kamerasında qeyd etməyə heç nə mane olmayacaq. "WhatsApp" da bu risklərlə bağlı xəbərdarlıq etsin.