• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 23.08.2022 12:30

Samsung Galaxy S23 Ultra barəsində ilk məlumatlar verilib

 Ice Universe ləqəbli məşhur insayder gələn ilin əvvəlində təqdim olunacaq Galaxy S23 Ultra smartfonu barəsində yeni hesabatı təqdim edib. İnsayderin sözlərinə əsasən aktual olan Galaxy S22 Ultra ilə müqayisədə Galaxy S23 Ultra o qədər də çox dəyişiklik əldə etməyəcək. Məlumata əsasən Samsung şirkəti Galaxy S23 Ultra modelində 200 MP-lik əsas arxa kameranın istifadəsini artıq təsdiqləyib. Söhbət, Samsung-un ISOCELL HP2 adlı 200 MP-lik kamera sensorundan gedir. Bununla yanaşı yeni flaqman smartfon Galaxy S22 Ultra kimi 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Lakin bununla belə gələn ilki Galaxy S23 Ultra Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq.

Qeyd etmək lazımdır ki, sözügedən prosessor noyabr ayında təqdim olunacaq. Gözləntilərə əsasən Samsung istehsalı olan 200 MP-lik kamera sensoru yüksək işıq həssaslığına sahib olacaq. Bununla yanaşı yüksək işıq həssaslığı ilə birlikdə kamera təsvirlərdə yüksək detalizasiyanı qoruyub saxlayacaq və kadrlarda yaxşı bucaq əhatəsini təmin edəcək. Son məlumatlara əsasən Galaxy S23 Ultra modeli Qualcomm şirkətinin, barmaq izinin ultrasəs əsaslı 3D skan texnologiyasını əldə edəcək. Söhbət, Qualcomm 3D Sonic Max adlı texnologiyadan gedir. Galaxy S23 smartfon seriyasının nə zaman təqdim olunacağı barəsində məlumat verilməsə də çox güman ki, bu, gələn ilin fevral və ya mart ayında baş verəcək.