• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1343
— 22.08.2022 12:25

Gəncədə soyğunçuluq edən qadın saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq edən şəxs saxlanılıb. Belə ki, avqustun 20-də saat 12 radələrində şəhərin Nizami prospektində naməlum şəxs şəhər sakini olan bir qadının içərisində 1158 manat, 100 dollar, mobil telefon və bankomat kartları olan çantasını soyğunçuluq yolu ilə talayıb. Əməli törətməkdə şübhəli bilinən Gəncə sakini G.Abdullayeva saxlanılıb. Araşdırma aparılır.