• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2145
— 22.08.2022 12:20

Gəncədə həyat yoldaşını bıçaqlayan şəxs tutulub

KepezTV Player

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, olay şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb. 1990-cı il təvəllüdlü Gültəkin İsmayılova kürək nahiyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qadın əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni törədən şəxsin zərərçəkmişin həyat yoldaşı, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Əli İsmayılov olduğu məlum olub. O, polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.