• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1345
— 20.08.2022 20:39

Nizami Gəncəvinin 881 illiyinə hazırlıqla bağlı iməclik keçirilib

KepezTV Player

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Nizami Gəncəvinin məqbərəsi ətrafında iməclik keçirilib. Dahi şair, böyük söz ustadı Nizami Gəncəvinin 881 illiyinə hazırlıqla bağlı təşkil edilən iməclikdə mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən idarə müəsisə və təşkilatların əməkdaşları eləcə də şəhər Mənzil Komunal Təsərrüfat İdarəsinin işçiləri iştirak ediblər. İməclik zamanı məqbərənin girişində olan iki böyük fantanın içi təmizlənib, ətrafı abadlaşdırılıb. Bundan başqa ərzidə olan alaq otları biçilib, ağacların dibləri bellənib və səliqə səhman yaradılıb. Məişət tullantıları da təyin olunan yerə aparılması üçün aksiya iştirakçıları tərəfindən bir yerə yığılaraq daşınıb. Ağaclar, gül və çiçəklər də su avtomibilləri ilə suvarılıb. Bundan başqa məqbərənin içi də silinərək təmizlənib.

Vasif Cənnətov Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi: Nizami Gəncəvinin 881 illiyi ilə bağlı olaraq hazırlıq işləri gedir. Bu gün burda birgə təşkil etdiyimiz iməclikdə də ətrafın təmizlənməsi, ətrafın işıqlandırılması və qulluq bizim tərəfdən həyata keçirilir. 881 illiklə bağlı olaraq regional idarə tərəfindən tədbirlər planı hazırlanıbdır. Sentyabr ayında Nizaminin uyuduğu bu məkanda açıq havada silsilə tədbirlər həyata keçiriləcəkdir. Nizami irsinin tanıdılması və gələcək nəsillərə çatdırılması üçün silsilə tədbirlər olacaqdır.