• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2324
— 20.08.2022 20:34

Doğum sayında artım var

KepezTV Player

​Yaxşı ad seçimi valideynin övladına ən gözəl hədiyyəsidir

Yanvar-iyun ayları ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin şəhər-rayon qeydiyyat şöbələri tərəfindən 61 234 doğulan körpə qeydə alınıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə saylarda artım 11,3 faizdən 12,3 faizə qədər olub. Müsbət dinamikada Gəncədə də müşahidə olunub.

Nizami yurdunda doğum sayı keçən ilin ilk 6 ayı ilə müqayisədə 500-ə yaxın çoxdur. Rəqəmlərdə artımın olduğu Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzdən bildirilib.

Dürdanə Əliyeva Gəncə Perinatal Mərkəzin tibbi statistiki:2022-ci ilin ilk 6 ayı ərzidəndə müəssəmizdə 2288 doğuş qeyde alınıb. Onlardan 869u qeyseriyyə kəsiyi 1419u isə təbbi doğuş olmuşdur. Əsasən təbbi doğuşa üstünılük verilir. Təcili hallrda qeyseriyyə kəsiyi də aparılır. Rəqəmlər keçən ilin ilk 6 ayı ilə müqayisə etsək 500-ə yaxın artım olmuşdur.

Yaxşı ad seçimi valideynin övladına ən gözəl hədiyyəsidir

Yeni doğulan uşaqlara qoyulan adlara gəldikdə bəzi valideyinlər qəribə səslənməsi bir kənara gələcəkdə bu adların uşağın psixologiyasına necə təsir edəcəyini düşünmürlər.Mütəxəsislər isə bildirirlər ki, valideynlər övladına ad seçərkən diqqətli olmalıdırlar. Çünki adın insana psixoloji təsiri kifayət qədərdir.Adlar hər bir xalqın milli etiketi funksiyasını daşıdığı üçün uşaqlara ad verərkən müəyyən prinsiplərdən çıxış etmək, adın mənasına diqqət yetirmək vacibdir. Bu zaman valideyn öz istək və arzularına uyğun deyil, daha çox uşağın gələcəyini düşünərək ad seçməlidir.

Sara Babayeva psixoloq: Adların mənası var. Adlar insan taleyinə, insanın ömrünə təsir edir. İnsandan əvvəl onun adı çəkiləndə onun haqqında artıq səndə fikir formalaşır. Məsələn uğur adı. Bu uşaq daim Uğur uğur çağrıldıqca məcburiyyət hiss edir. Yəni mən uğur qazanmalıyam həmişə, özünü daim sıxıntıda hiss edir. Ona görə mütləq yaxşı fikirləşmək lazımdır ki, bu adla gələcəkdə çağıranda məktəbdə, universitetə ümumiyyətlə həyatında utanmasın uşaq.

Mütəxəsislər deyir ki, uşaqlara cansız əşyaların, meyvələrin adlarının verilməsi yolverilməzdir.

Sara Babayeva psixoloq: Uşaqlara eyni adların qoyulması düzgün deyil. Bu həm sənədləşmədə həm gələcəkdə problemlər yaradır.Həmdə psixoloji problemlər yaradır. Necə ki, heyvan adları, cansız adlar, əşyaların adlarını qoyullar uşaqlara və psixloji ağır travmalar yaradır uşaqlarda. Yaxşı olar ki, fərqli adlar qoysunlar. Hətta birdə görüsən deyillər yuxuda görmüşən bu adı məcburam qoymağa. Qətiyyən olmaz. Çünki uşağın gələcəyi onu çağırdığınız addan ibarətdir.

Adların insanın həyatını nə dərəcədə dəyişdirdiyini söyləmək çətin olsa da, tez-tez eşitdiyimiz bu sözün mübət emosiyalar ifadə etməsinin bizi yaxşı ovqata köklədiyi danılmazdır.