• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 20.08.2022 20:35

Yüksək bal toplayan məzunlarla görüş keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəhbərliyi bu il məzun olaraq test imtahanlarında 650-dən yuxarı bal toplayan məzunlarla görüş keçirib. Görüşdə ölkəmizdə təhsil sahəsində aparılan islahatlar və bunun nəticəsi olaraq şagirdlərin respublikamız eləcə də xarici ölkələrdə keçirilən beynəlxalq fənn olimpiadalarında qazandıqları uğurlu nəticələrındən danışılıb. O da xüsusi ilə vurğulanıb ki, hazırda bütün bölgələrdə şagirdlərin ən yaxşı şəkildə təhsil alması üçün müvafiq şərait yaradılır. Müasir üslubda təhsil ocaqları tikilir, maddi texniki bazalar yenilənir. Məhz elə bunun sayəsində ildən-ilə yüksək bal toplayaraq ali məktəblərə qəbul olanların sayı artır. Son tədris ilində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə təshil alanlardan ilk dəfə olaraq 11 nəfərin 650-dən yuxarı bal toplaması da buna sübütdur. Gəncənin orta ümumtəhsil məktəblərini 2894 nəfər bitirib ki, bu məzunlardan da 52-nə fərqlənmə atestatı təqdim edilib. 4 nəfər isə qızıl nişan alıb. Görüşdə 650-dən yüksək bal toplayan məzunlara təşəkkürnamələr, eləcə də xatirə hədiyyələri təqdim edilib.

Turanə İbarhimova yüksək bal toplayan:Üçüncü qrup imtahanı üzrə 665 bal toplamışam. Üzərimdə əməyi olan müəllim və valideyinlərimə təşəkkürümü bildirirəm. Məqsədim Bakı Dövlət Universtetinin hüquqşünaslıq fakültəsinə qəbul olmaqdır. Gələcəkdə vətənimizə layiqli bir vətəndaş olmaq istəyirəm.

Həmzə İbrahimov valideyin: Övladım yüksək bal toplayaraq Məqsədim Bakı Dövlət Universtetinin hüquqşünaslıq fakültəsini seçibdir. Ölkəmizdə təhsilin səviyyəsi yüksək səviyyədədir. Çalışırıq ki, ölkəmiz üçün layiqli vətəndaş yetirək.

Anar Qədiməliyev Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri:Təhsil ictimayyətini təbrik etmək istəyirəm ki, uğurlu şagirdlərimiz var. Biz onların uğurların qeyd etməyə toplaşırıq. Uğur qazanan şagirdlərimizi ictimayyətimizə tanıdırıq ki, o uşaqları digər yoldaşlar tanısınlar və özlərinə sima olaraq qəbul etsinlər və onlar kimi çalışqan olsunlar.