• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 19.08.2022 16:21

Gəncədə "Əsgərə Məktub" layihəsi həyata keçirilib

KepezTV Player

Gəncədə, növbəti dəfə əsgərə məktub layihəsi reallaşıb. 2016- cı ilin aprel döyüşlərindən bəri həyata keçirilən layihə çərçivəsində vətəndaşlar tərəfindən yazılan məktublar səngərdə xidmət edən hərbi qulluqçulara çatdırılacaq.

Hərbi qulluqçuların döyüş əzminin artırılması, orduda xidmət edən əsgərlərə mənəvi dəstək vermək məqsədilə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təbliğat və təşviqat qrupu əsgərə məktub layihəsini təşkil edib. 2016-cı ildən reallaşan aksiyaya ümumilikdə 200 mindən artıq vətəndaş cəlb olunub. Təkcə 44 günük vətən müharibəsi dövründə bu say 8 minə yaxın olub.

Əsgərlərə yazılan məktubların arasında övladı 2-ci Qarabağ müharibəsi zamanı şəhid olan valideyinlərin namələri də yer alıb. Onlar Vətən yolunda xidmət edən əsgərlərlə qürur duyduqlarını qeyd ediblər. Yazılan məktubların Laçın və Kəlbəcər rayonunda xidmət göstərən hərbi qulluqçulara göndərilməsi nəzərdə tutulub.

Döyüşlərdə iştirak etmiş şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımız da xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır. Bunu 44 günlük vətən müharibəsində iştirakçısı, həmin dövrdə əsgərə ünvalanan məktubları alan Cəfər Məmmədov da təsdiqləyir.

Əsgərə məktub layihəsinin növbəti günlərdə Ağstafa, Qazax və Tovuz rayonlarında reallaşdırılması nbəzərdə tutulur.