• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 18.08.2022 18:21

Gəncədə qazlı su və alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkarlanıb

KepezTV Player

Gəncədə qazlı su və alkoqolsuz içkilərin istehsalı sexində nöqsanlar aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən fiziki şəxs Mustafayev Mübariz Müşviq oğluna məxsus qazlı su və alkoqolsuz içkilərin istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu, həmçinin istehsal edilən alkoqolsuz içkilərin digər istehsalçı şirkətlərə məxsus şüşə butulkalarda qablaşdırıldığı və etiket məlumatlarında məhsulun saxlama müddətinin heç bir əsas olmadan 180 gün qeyd edildiyi aşkar olunub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və inzibati protokol tərtib edilib.