• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1930
— 18.08.2022 16:20

UTECA-da abituriyentlərə dəstək mərkəzi fəaliyyətə başlayıb

KepezTV Player

Azərbaycan Texnologiya Universitetində abituriyentlərə dəstək mərkəzi fəaliyyətə başlayıb. Abituriyentlər və subbakalavrlar ixtisas seçimi günlərində elektron ixtisas seçimi ərizəsinin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında texniki dəstək və məsləhət xidməti üçün Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər. 16 avqustdan etibarən abituriyentlərə xidmət göstərən mərkəzdən indiyədək 500-ə yaxın abituriyent və subbakalavr yararlanıb. Məsləhət mərkəzinin həftənin 5 günü olmaqla avqust ayının 28-ə kimi fəaliyyəti planlaşdırılır.