• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1950
— 16.08.2022 19:59

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

KepezTV Player

Bu gündən ali məktəblərə  ixtisas seçimi başlayıb. 52 minə yaxın plan yeri var. “Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentləri maraqlandıran suallara aydınlıq gətirib.

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51 min 881 plan yeri ayrılıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, plan yerlərinin 23 min 627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə 746 yer daha çoxdur. Bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir. Dövlət İmtahan Mərkəzinin rəsmisi onu da bildirdi ki, İkinci qrupda  12 min 232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9 min 804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var. Məleykə Abbaszadə keçid ballarının hansı ixtisaslarda daha yükəsk olacağına gəlincə...

Məleykə Abbaszadə düzgün ixtisas seçimindən də danışdı. Bildirdi ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Diqqət yetirilməli olan vacib məsələlər haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət etmək olar.

Qeyd edək ki, ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər. Həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10 min 620-dir. 0-150 bal toplayanların sayına gəlincə, bu ötən illə müqayisədə təxminən eynidir, sadəcə müsabiqəyə buraxılan abituriyentlərin sayı çoxdur. Onların bir qismi qabiliyyət tələb edən ixtisaslarda iştirak ediblər. Keçən illə müqayisədə qabiliyyət tələb edən ixtisaslara da maraq artıb. Bu il 16 mindən çox abituriyent qabiliyyət tələb edən ixtisaslara sənəd qəbulunda iştirak edib.