Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. Sonuncu oyun günü tarixi derbi ilə yadda qalıb. Əzəli rəqiblər “Neftçi” və “Kəpəz” birincilərin meydanında üz-üzə gəliblər. Görüş qonaqlar üçün yaxşı başlamayıb. Meydan sahibləri oyunun əvvəlində rəqibə şok yaşadaraq 4 dəqiqəyə gəncəlilərin qapısından 3 top keçiriblər. Solomon Kvirkveliya, Qodsvey Donyo və Kenni Sayef fərqlənən oyunçular olub. 2-ci hissənin əvvəlində ağ-qaralar Eddi İsrafilovun qoluyla “Kəpəz”i daha bir dəfə oyuna mərkəzdən başlamağa məcbur ediblər. Ardınca sarı-göylər buraxılan toplardan birinin əvəzini Abdullahi Şuaybu ilə çıxıblar. Qarşılaşmanın bitməsinə az qalmış paytaxt kollektivi yenidən fərqi 3 topa çıxarıb. Bu dəfə Yeqor Boqomolski yerli fanatları sevindirib. Bu qol da oyunda sonuncu olmayıb. Əsas vaxta əlavə olunan 3-cü dəqiqədə Nicat Süleymanov adını tabloya yazdırsa da, bu qol qonaq üçün təsəllidən başqa bir şey olmayıb. Neftçi 5 Kəpəz 2.
- Baxış: 517