• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 12.08.2022 20:24

Uşaq evi ziyarət edilib

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Uşaq Evinin sakinlərini ziyarət edib, burada yeni məskunlaşan uşaqlarla tanış olub. Gəncə Uşaq Evinin sakinləri ilə görüşən şəhər rəhbəri onların qayğıları ilə maraqlanıb. Qeyd olunub ki, valideyn himayəsindən məhrum olan uşaqlar dövlətimizin xüsusi diqqəti və qayğısı ilə əhatə olunublar. Onların fiziki və mənəvi sağlam, savadlı, tərbiyəli və vətənpərvər ruhda böyüdülməsi üçün burada hər cür şərait yaradılıb. Həmçinin, ziyarət zamanı 12 yaşı tamam olan Gəncə Uşaq Evinin sakini Əlibala Abbasovun doğum günü qeyd olunub. Bu münasibətlə çay süfrəsi təşkil edilib, doğum günü olan azyaşlı və digər uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.