• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 12.08.2022 12:25

Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi

KepezTV Player

Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81.6 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir. Avtomobil Yolları Dövlət Agentiliyinin məlumatına görə, yol 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Yolboyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir.