• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 11.08.2022 20:36

Azərbaycanla Özbəkistan münasibətləri yaylaq festivalında

KepezTV Player

Azərbaycan və Özbəkistan dövlətləri arasında ikitərəfli münasibətlər hər zaman yaxşı səviyyədə olub və son illər, xüsusilə ölkə başçısı İlham Əliyevin Mərkəzi Asiya ölkəsinə səfəri ilə əlaqələr daha da dərinləşdi, qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələr imzalandı. Münasibətlərin yeni mərhələyə qədəm qoyması hər iki dost xalqın bütün sahələr üzrə daha da yaxınlaşması baxımından böyük əhəmiyyətə malikdir. Əməkdaşlıq idman və mədəniyyət  istiqamətinlərində xüsusi önəm kəsb edir. Göygöl rayonunda təşkil edilən 2-ci milli yaylaq festivalına Özbəkistanın nümayəndə heyətinin geniş tərkibdə qatılması da buna xidmət edir.

Ortaq tarixə, dinə və eyni etnik kökə malik olan Azərbaycanla Özbəkistan hər zaman qarşılıqlı əlaqələr yaradıb, təşkil edilən tədbirlərdə, festivallarda nümayəndə heyətləri qarşılıqlı şəkildə iştirak ediblər. Qədim yaşayış tərzimizi, mədəniyyətimizi, milli idman oyunlarımızı əks etirən 2-ci milli yaylaq festivalı da bu tədbirlər sırasındadı.Xan yaylağında baş tutan festivalda idman oyunlarına qatılan əsas ölkələr sırasında Özbəkistan xüsusi yer tutub. Burada qədim tarixi olan qurşaq güləşi yarışlarında Mərkəzi Asiya ölkəsi yerli federasiya olaraq çox sayda pəhləvan və nümayədə ilə təmsil olunub. Festivalda xüsusi ayrılmış yerdə məhz qurşaq güləşi yarışları keçirilib ki, qonaqlarda da bu qarşılaşmalar maraq doğurub.

Ravşan Dastirov Özbəkistan Qurşaq Güləşi Federasiyasının prezidenti: Azərbaycan  və Özbəkistanın adət-ənənələri bir-birinə çox oxşayır, eyni zamanda milli idman növləri də bir-birinə bənzəyir. Biz burada qurşaq güləşi yarışlarında təmsil olunurduq. Bu güləşin tarixi 3000 ilə dayanır. Tarixi yaylaqda, tarixi güləşi izlədik və zövq aldıq. Təəsüratlarım yaxşıdır. İdman və digər sahələrdə ortaq cəhətlərimizdən əlavə, Azərbaycan və Özbəkistan arasında dostluq, eyni zamanda diplomatik əlaqələr ən üst səviyyədədir. Bunun davamlı olmasını arzulayıram.

İdmanla yanaşı yaylaq festivalında Özbəkistanın mədəniyyət nümayəndələri və rəqs kollektivləri də çıxış ediblər. Özbək qruplar musiqiləri, rəqsləri ilə izləyicilərin könlünü oxşayıblar. Eyni zamanda festivalı işıqlardırmaq üçün ölkəmizə özbəkistanlı jurnalistlər də təşrif buyurub.

Dildora Hasanova özbəkistanlı jurnalist: Özbəkistan və Azərbaycan dövlətlərinin yaxınlığı tarixi köklərə söykənir. 44 günlük Vətən müharibəsində Azərbaycanın düşmən üzərində çaldığı qəbələni öz qələbəmiz kimi qəbul edib çox sevindik. Ötən əsrdə hər iki xalq faciələr, soyqırımlara məruz qalsa da, mədəniyyətini, adət-ənənəsini, sənətkarlıq nümunələrini qoruyub saxlamağı bacarıb. Belə tədbirlər, festivallar türk xalqlarına yaraşır. Bu bizim üçün bayramdır. Bu cür festivallar türk xalqlarının daxili aləmini, xarakterini, yaylaq ənənələrini əks etdirir. Ortaq cəhətlərimiz arasında onu deyə bilərəm ki, məsələn Gəncə adlı məkan Özbəkistanda Xarəzm vilayətində də var, hətta Daşkənddə Hacıkənd adında yer mövcuddur. Azərbaycan bizə qədimdən yaxındır. Görünüş, xarakter, xasiyyət cəhətdən çox oxşarlıqlarımız var. Gəncə və Göygölə ilk dəfədir ki, gəlmişəm. Biz özümüzü burada yad hiss etmədik. Diləyirəm ki, bütün türk dövlətləri də həmişə bir araya gəlsinlər.

Mövludə Daşpoladova özbəkistanlı jurnalist : Mədəniyyətimiz, sənətimiz, insanlarımız, menatalitetimiz çox oxşarlıq təşkil edir. Çünki biz qardaş xalqlarıq. Birinci dəfədir ki, burdayam. Ancaq buna baxmayaraq bura mənə çox doğma, canayaxın gəldi, çətinlik çəkmədim. Azərbaycan və Özbəkistan arasında turizm, mədəniyyət, sənətkalıq və digər sahələrdə əməkdaşlıq hər zaman yaxşı səviyyədə olub. Mənim burada ən çox diqqətimi çəkən və xoşuma gələn milli geyimlər oldu. Özbəkistan və Azərbaycanın ayrı-ayrı libasları olsa da, fərqlər çox deyil. Vətən müharibəsində Azərbaycan möhtəşəm zəfər qazandı və işğalda olan torpaqlarını şəhidlərin canı, qazilərin qanı bahasına azad etdi. Mən demək istəyirəm ki, firavanlıq, dinclik, sabitlik olsun. Azərbaycan və Özbəkistan dövlətlərinin dostluq münasibətlərinin əsrlər boyu davam etməsini arzulayıram.

30 nəfərlik heyətlə Azərbaycanda olan Özbəkistan nümayəndələri ölkələrimiz arasında dostluq əlaqələrinin daha da genişlənməsi üçün bu tədbirlərin böyük önəm daşıdığını və gələcəkdə təşkil ediləcək festivallara daha geniş tərkiblə qatılmaq arzusunda olduqlarını deyiblər.