• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 705
— 11.08.2022 20:40

Qardaş ölkənin pambıqçılıq təcrübəsi öyrənilir

KepezTV Player

Kənt Təsərrüfatı Nazirliyinin dəstəyi eləcə də Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitutunun təşkilatçılığı ilə Türkiyədən pambıq toxumu üzrə mütəxəsislər Respublikamıza dəvət olunub. Qardaş ölkədən gələn mütəxəsislər öz bilik və təcrübələrini yerli mütəxəsislər ilə bölüşürlər.

Türkiyədən dəvət olunan pambıq toxumu mütəxəsisləri Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitutunun Samux rayonunda yerləşən təcrübə sahəsində olublar. Burada qonaqlar insititutdan olan həmkarları tərəfindən əkilən yerli eləcədə xarici pambıq sortları ilə tanış olublar. Pambığa düzgün qulluq qaydaları, zərərvericilərə qarşı mübarizə, həmçinin susuzluğa dözümlülüyü üsulları izah edilib. Bundan başqa sahələrdə ağ qızılın lift çıxımının keyfiyyətinə də mütxəsislər tərəfindən baxış keçirilib.

Ismayıl Abay Türkiyəli pambıq toxumu üzrə mütəxəsis: Elmi Tədqiqat İnistitutu ilə birlikdə ortaq bir layihədə pambıq sortlarının inkişaf və bu sortlardan əldə ediləcək yüksək keyfiyyətin bölgəyə ən uyğun sortların adaptasiya qabiliyyətini ölçməyə çalışırıq. Bu Azərbaycan bazarıdır və qardaş ölkə iki dövlər bir millət fəlsəfəsi ilə hərəkət edirik. Burada aldığımız nəticələrdə qoaza tutumu, zərərvericilərə, susuzluğua  qarşı dözümlülüyü, tez çiçəkləmə qabiliyyəti, yığımdan sonra lift çıxımına baxılır.

İnistitutun təcrübə sahəsində əkilən bu pambıq sortlarının yerli şəraitə adaptasiay olunması da elm adamlarının qarşısında duran əsas vəzifələrdən biridir. Bunu da nəzərə almaqla mütəxəsislər elmi istiqamətdə çalışırlar. Bu  pambıq sortlarının lifinin keyfiyyətini artırmaq da əsəs hədəflərdəndir.

Elçin Xəlilov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitutunun direktoru: Bir neçə sort yenidən yunan texnalogiyyası ilə yaxşılaşdırılmışdı. Onların həm məhsuldarlığı yüksəkdir, həm də lift çıxımı yüksək olduğu mütəxəsislər tərəfindən təstiq olunmuşdu. Gələcəkdə də yaradılmış yeni sortun da lift çıxımı eyni zamanda məhsuldarlığın çıxımı qarşıya məqsəd qoyulub. Eyni zamanda sortlarımızın dünyanın böyük şirkətləri tərəfindən alınmasına və bazara çıxışını təmin edilməsidir.

Ələddin Tağıyev Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnistitutunun Texniki Bitkilər Seleksiya şöbəsinin müdiri:Türiyəli qardaşlarımızla birlikdə müştərək yeni sortların da yaratmaq istəyindəyik. Bu istiqamətdə proqramımızı təstiq etmişik. Bu il bu sortlar arasında hibritləşmə aparılıbdır. Sahədə baxırıq, vejetesiyadan sonra yığırıq. Sonra labarator analizlər aparcağıq. Hansı sortun hansı əraziyə uyğunluğu fermerlər təqdim edəcəyik. Eyni zamanda mələzləşmə də aparaılacaqdır.

İnistitun əməkdaşları tərəfindən sesleksiya nailiyyətləri olaraq 12 rayonlaşmış pambıq sortu yaradılıb. Bu sortların da bir neçəsi yunan texnalogiyyası ilə təkmilləşdirilərək yaxşılaşdırılıb.Gələcəkdə lift çıxımı yüksək olan sortlarla yerli sortların müqayisəsi və əldə olunan yeni sortlar fermerlərə təqdim ediləcək. Türkiyəli pambıq toxumu mütəxəsisləri ilə qarşılıqlı əməkdaşlığın 6 il davam etməsi nəzərdə tutulur.

Elnur Vahidoğlu