Yay fəsli bağırsaq infeksiyalarının ən çox yayıldlğı fəsildir. İsti hava bağırsaq infeksiyalarının artıb çoxaldığı vaxtdır. Havanın isti olması mikroorqanizmlərin inkubasiya dövründən çıxıb, fəaliyyətə başlaması üçün çox əlverişlidir. Ən çox da qızmar yay günlərində rütubət artdıqda bağırsaq mikrobları hər yerdə yayılmağa başlayır. İstirahət zonalarında hökm sürən antisanitariya, kafelərdə satılan ayaqüstü yeməklər, kremli pirojnalar, mənşəyi bəlli olmayan ətlərdən hazırlanmış dönərlər əsil infeksiya mənbəyidir. Çimərliklərin suyu, səyyar satıcıların satdıqları, soyuducudan kənarda bir neçə saat kənarda qalan qida məhsulları birbaşa xəstəlik mənbəyidir. Belə xoşagəlməz hallarla qarşılaşmamaq üçün yeyilən qidalara diqqət yetirmək lazımdır. Suyu ekspertizadan keçməyən çimərliklərdə çimmək olmaz. Yuyulmamış meyvələrin qəbulu, vaxtından tez yetişdirilmiş meyvələr də bağırsaq infeksiyalarına səbəb ola bilər. Bağırsaq infeksiyasına yoluxmuş xəstələrdə aşağıakı əlamətlər özünü göstərir:
- qusma
- ürəkbulanma
- ishal
Bu əlamətlərin hansısa biri baş verərsə tez bir zamanda həkimə müraciət etmək lazımdır.
- Baxış: 644