• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 10.08.2022 13:13

"Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

KepezTV Player

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb."Köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olub. Görüş Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matça sürətli başlayan Ağdam klubu 7-ci dəqiqədə istəyinə çatıb. Rəqibi əks-hücumda yaxalayan qonaqlar Abdullah Zubirin qolu ilə hesabı açıblar.55-ci dəqiqədə isə Qurban Qurbanovun baş məşqçi olduğu komanda 2-ci qolu “Ferentsvaroş”un qapısından keçirib. Bu dəfə Borgesin məhsuldar ötürməsini İbrahima Vadji tora göndərib. Bir qədər sonra seneqallı forvard baxımlı hücumu məntiqi sonluqla başa çatdırmaqla dubl edib. 27 yaşlı forvard Şeydayevin ötürməsini qapıdan keçirib. 86-cı dəqiqədə görüşdə 4-cü qol vurulub. Adama Traore hesab arasındakı fərqi azaldıb. Beləliklə, Bakıdakı matçda rəqibi ilə 1:1 hesablı heç-heçə edən “Qarabağ” səfər qələbəsindən sonra adını pley-offa yazdırıb. Ağdam təmsilçisi bu raundda Çexiyanın “Viktoriya” klubu ilə qarşılaşacaq. "Qarabağ" ilk oyununu 16 və ya 17 avqustda evdə, cavab görüşünü isə 24 və ya 25 avqustda səfərdə keçirəcək.