KepezTV Player
Gəncə Beynəlxalq Hava Limanından ilk dəfə olaraq Moskva şəhərinin Vnukovo aeroportuna uçuş həyata keçirilib. Rusiya şirkətlərindən birinə məxsus olan sərnişin təyyarəsi yerli vaxtla saat 17:50-da havaya qalxıb.Vnukovo aeroportundan isə təyyarə 12:40-dan uçuş həyata keçirib. Bundan başqa Gəncə hava limanından həftə ərzində müxtəlif saatlarda 8 dəfə Moskvaya sərnişin təyyarəsi ilə uçuşlar var. Nizami yurdundan həftədə 4 dəfə Türkiyənin İstanbul şəhərinə uçmaq mümkündür. Həmçinin Gəncə Beynəlxalq Hava Limanından 3 dəfə Naxçıvan və bir dəfə isə Sankt-Peterburqa da reyslər yerinə yetirilir.
- Baxış: 474