• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2488
— 28.07.2022 20:01

Cüdo ilə bağlı tədbir təşkil edilib

KepezTV Player

Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi münasibətilə Gəncədə tədbir keçirilib.  Şəhərin Heydər Əliyev adına meydanında təşkil olunan tədbirdə çıxış edənlər ölkəmizdə bu idman növünün inkişafından söz açıb, cüdoçularımızın yerli və beynəlxalq arenalarda qazandıqları uğurlardan danışıblar. Daha sonra Azərbaycanın tanınmış cüdo ustalarının təqdimatında gənc və yeniyetmə kimano sahiblərinə ustad dərsləri keçilib. Eyni zamanda tədbirdə iştirak edən şəhər sakinlərinə məlumat xarakterli bukletlər paylanıb. Sonda isə cüdo idman növü ilə bağlı viktorina keçirilib, suallara düzgün cavab verənlər hədiyyələrlə mükafatlandırılıblar.