Gəncədə bir neçə ildir ənənəvi olaraq təşkil edilən “Yaponiya Səfirinin Kuboku” bu dəfə açıq birincilik formasında keçirilib. Göygöl Olimpiya İdman Kompleksində baş tutan yarış əvvəlkilərdən fərqli daha geniş tərkibdə düzənlənib.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Cüdo Federasiya və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan “Yaponiya Səfirinin Kuboku”un açılış mərasimində bu idman növünün ölkəmizdən çox sevildiyi, belə ənənəvi birincilərin idmançıların karyerasında müsbət rol oynadığı dilə gətirilib. Eyni zamanda yapon döyüş sənəti olan cüdodan Azərbaycanda nüfuzlu tamami ustalarının yetişdiyi, Gəncənin də ölkədə ənənəsi olan cüdo məktəbləri sırasında olduğu vurğulanıb. Rəsmi hissənin sonunda yarışın təşkilatlatçılarına federasiyası və nazirlik tərəfindən təşəkkürnamələr təqdim olunub. Açılışın ardından mübarizələrə start verilib. Birincilikdə 15 yaşadək cüdoçular qüvvəsini sınayıb.
“Yaponiya Səfirinin Kuboku” 5-ci dəfədir ki, təşkil edilir. Ölkənin müxtəlif şəhər və rayonlarından 25 komandanın tərkibində 20 çəki dərəcəsində 200-ə yaxın həm qız, həm də oğlan tatami ustasının iştirakı ilə reallaşan görüşlər maraqlı keçməsi, həmçinin gərginliyi ilə diqqət çəkib.
Takoya Yukihito Yaponiyanın Azərbaycandakı səfirinin müşaviri:Azərbaycanda cüdonun yaranmasının 50 illiyi münasibətilə hamını təbrik edirəm. Ölkənizdə cüdoya maraq böyükdür. Bu günkü tədbir də yüksək səviyyədə təşkil edilib. Bu yarışda iştirak edən yeniyetmə tatami ustaları özlərini ən yaxşı tərəfdən göstərirlər. Bu cür tədbirlərin bundan sonra da keçirilməsini arzulayıram. Məlumdur ki, Azərbaycanda cüdo üzrə olimpiya oyunlarının qalib və mükafatçıları, dünya və avropa çempionları kifayət qədərdir. İnanıram ki, bu yarışlardan çıxan cüdoçular da gələcəyin çempionları olacaqlar.
Açıq birinciliyin sonunda fəxri kürsüyə yüksələn cüdoçular diplom, medal, eyni zamanda hədiyyələrlə təltif ediliblər.
- Baxış: 637