KepezTV Player
2 gün öncə Tovuzda iki qadının yanaraq öldüyü evdəki yanğının qəsdən törədildiyi məlum olub.Hadisə iyulun 25-də rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Belə ki, evdə baş verən yanğından sonra dərhal hadisə yerinə polis əməkdaşları və yanğın söndürənlər cəlb olunub. Yanğın söndürüldükdən sonra ev sahibi 68 yaşlı Yaqut Quliyeva və qonşusu, 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri tapılıb. Məlum olub ki, oğurluq məqsədilə evə girən şəxslər oradan 65 manat pul, 1 cüt qızıl sırğa və 1 ədəd mobil telefon götürüblər. Yqut Quliyeva tək yaşayırmış. Onun övladlarından biri hazırda həbsxanadadır, digəri isə illər öncə vəfat edib. Həqiqət Cabbarova qonşusu xəstə olduğuna görə, onunla gecələyirmiş.
- Baxış: 647