• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 976
— 25.07.2022 20:14

Vətən müharibəsi qazisi iki illik müalicədən sonra kəndinə qayıtdı

KepezTV Player

YAŞAT fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alaraq Vətənə qayıdan qazilərdən biri Tovuz rayonunun Dondar Quşçu kəındindən olan 28 yaşlı gizir Şəmsi Məmmədovdur. Onu şəhərin girişində ictamiyyət nümayəndələri, qazilər, dostları, qohumları tərəfindən qarşılanıb. Daha sonra şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət edilib. Qazinin yaşadığı evə dönməsi münasibətilə qurban kəsilib. Aprel döyüşlərinin və vətən müharibəsinin iuştirakçısı olan Şəmsi Məmmədov Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanb. Sağaldıqdan sonra Şuşanın azadlığı uğrunda mübarizəyə qatılıb. Yaralandıqdan sonra Türkiyədə 2 ilə yaxın müalicə alan Şəmsi Məmmədov 7 dəfə əməliyyat olunub. Bundan sonra onun müalicəsi Bakıda reabilitasiya mərkəzində davam etdiriləcək. Qazi Kəlbəcərin, Xocavəndin, Cəbrayılın azad olunmasına görə, Vətən uğrunda, Sücayətə görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub. Ailəli olan  Şəmsi Məmmədovun üç qız övladı var.