• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 22.07.2022 12:51

Keçmiş arvadına balta ilə xəsarət yetirən Qazax sakini tutulub

KepezTV Player

Keçmiş arvadına balta ilə xəsarət yetirən Qazax sakini tutulub. Belə ki, iyulun 20-i saat 04 radələrində Qazax rayonu Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.Qazax rayon prokurorluğunda cinayət işi başlanıb.Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq davam edir.