KepezTV Player
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhid, qazi və aztəminatlı ailələrin uşaqları, eləcə də məcburi köçkün olan azyaşlılar üçün tamaşa nümayiş etdirilib. Kəlbəcər rayon Mədəniyyət evində baş tutan tədbirdə Gəncə Dövlət Kukla Teatrının aktyorları Əhməd Orucun zınqrovlu pişik tamaşası ilə balacaların qonağı olublar. Tamaşanın mövzusu pişiklərlə siçanların anbar uğrunda mübarizəsi və sonda onların dostluğudur. Zınqrovlu pişik tamaşası uşaqların marağına səbəb olub və onlar əyləncəli vaxt keçiriblər.
- Baxış: 664