• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1886
— 16.07.2022 19:32

Sakinlərlə səyyar görüşlər davam edir

KepezTV Player

Gəncədə şəhər rəhbərliyinin sakinlərlə növbəti səyyar görüşü baş tutub. Gəncə Tibb Kollecində keçirilən görüşdə ətraf ərazidə yaşayan  əhali iştirak edib. “Açıq mikrofon” şəraitində keçən görüşdə sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında bir sıra küçələrdə asfalt örtüyünün yenilənməsi, bəzi ərazilərə içməli su xətlərinin çəkilişi, işlə təminat və digər məsələlər üstünlük təşkil edib. İcra başçısı Niyazı Bayramovun tapşırığı ilə bir çox müraciət yerindəcə öz həllini tapıb, bir sıra məsələlələ bağlı sakinlərə müvafiq izahat verilib, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.