Türkiyənin Kocaeli şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurlu nəticə edən Gəncə Olimpiya İdman Klubunun üzvləri vətənə dönüblər. İdmançılar Gəncə Beynəlxalq Hava limanında böyük coşqu və təntənə ilə qarşılanıb. Aeroportda tatami ustalarını yaxınları, məşq yoldaşları və idman ictimaiyyətinin nümayəndləri qarşılayıb, onları təbrik ediblər. Qardaş ölkənin ilk olimpiya çempionu Hüseyin Özkanın xatirəsinə həsr edilən və uşaq və yeniyetmələr arasında təşkil edilən yarışda 16 ölkədən 2000-ə yaxın idmançı iştirak edib. Gəncədən turnirə 16 cüdoçu qatılıb ki, onlardan 4-ü qızıl, 4-ü gümüş və 5-i bürünc olmaqla 13 medal qazanıblar. Bu nəticə ilə cüdoçular komanda hesabında 1-ə yerə layiq görülüblər.
- Baxış: 631