• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1330
— 06.07.2022 16:18

Nizami yurdu "Yaşıl Şəhər”lə daha təmiz olacaq

KepezTV Player

“Gəncə Yaşıl Şəhər” layihəsinin təqdimat mərasimi keçirilib. Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə ərsəyə gələcək proqramda fəaliyyət istiqamətinin hazırlanması üzrə ətraflı məlumat verilib.

Yaşıl Şəhərlər şəbəkəsinə 56 şəhər qoşulub və Gəncə Azərbaycandan bu layihədə iştirak edən ilk şəhərdir. Ekoloji problemləri və iqlim dəyişikliyi risklərini minimallaşdırmaq məqsədi daşıyan layihənin ilkin mərhələsində Nizami yurdunda iki istiqamət üzrə proqram təsdiqlənib. Bunlarda biri bərk məişət tullantılarının idarə edilməsidir. Gəncədə tullantıların utilizasiyasını həyata keçirmək üçün poliqonun inşası nəzərdə tutulur.

Digər təsdiqlənən layihə isə küçə işıqlandırması ilə bağlıdır. Bu proqram çərçivəsində ölkənin ikinci böyük şəhərində 900-dən çox küçənin işıqlandırma sistemi müasir səviyyədə qurulacaq. Hər iki layihə üzrə artıq büdcə də təsdiqlənib.

“Yaşıl Şəhər” layihəsi çərçivəsində 12 ay ərzində şəhərin bütün infrastruktur prioritetləri öyrənildikdən sonra uzunmüddətli proqramın tərtib edilməsi nəzərdə tutulur. Gəncədə yaşayan 300 000-dən çox insan şəhər mühitinin yaxşılaşdırılması proqramından faydalanacaq.