• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2384
— 05.07.2022 20:34

Küçələr ekoloji təmiz, işıqlı və avtobuslu olacaq

KepezTV Player

Gəncədə “Yaşıl şəhər” layihəsinə dair müzakirələr aparılıb. Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti ilə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşündə layihənin Gəncə sakinləri üçün önəminə diqqət çəkilib. “Yaşıl Şəhər” layihəsinin şəhərə ən aktual ekoloji problemləri və iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcəyi vurğulanıb. Üç mərhələdən ibarət işlər bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırma sisteminin və ictimai nəqliyyatın yenilənməsini özündə ehtiva edir. Görüləcək işlərin hər biri şəhərin ekoloji vəziyyətinə müsbət təsir edəcəyi diqqətə çatdırılıb. Mövzu ətrafında geniş müzakirələr zamanı, ilkin mərhələdə Gəncənin məişət tullantıları poliqonunun ətrafının hasarlanmasının və  yaşıllıq zolaqlarının salınmasının nəzərdə tutulduğu bildirilib.