• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2187
— 04.07.2022 18:21

"Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-nin töhfə verə biləcəyi qənaətindəyik"

Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Prezident İlham Əliyevin Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə göndərdiyi təbrik məktubunda belə deyilir. Dövlət başçısı bildirib ki, təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik.