KepezTV Player
“Turan Tovuz” 9 ildən sonra Premyer Liqada debüt mövsümünə hazırlıq çərçivəsində doğma azarkeşləri qarşısında ilk məşqinə çıxıb. Tovuz kollektivini yerli fanatlar böyük coşqu və sevinclə qarşılayıblar, komandanın rənglərinə uyğun fişənglər yandırılıb. Eləcə də azarkeşlər tərəfindən uzun fasilədən sonra komandanın elitaya dönməsi şərəfinə oyunçuların ayaqları altında qurban kəsilib. Daha sonra baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə kollektiv premyerliqaya hazırlığın 2-ci mərhələsi çərçivəsində doğma meydanda məşqə başlayıb. Yüngül xarakterli olan ilk hazırlıq prosesinə isinmə hərəkətləri ilə start verilib. Məşqdə müxtəlif fiziki təmrinlər yerinə yetirilib, futbolçular "kvadrat" oynayıb və sonda ikitərəfli oyun keçirilib.
- Baxış: 651