• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 03.07.2022 18:58

Özbəkistanda iğtişaş səbəbindən dəyişən vəziyyət

KepezTV Player

Qaraqalpaq Respublikasında konstitusiya islahatına qarşı etirazların artması ilə əlaqədar Özbəkistan hakimiyyəti yeni qanun layihəsi təklifini geri çəkib, fövqəladə vəziyyət elan edilib. 1 ay davam edəcək xüsusi hal çərçivəsində bölgəyə giriş-çıxış bağlanıb. Lakin əhali yeni qərarla da sakitləşməyib. Özbəkistanda hələ də davam edən gərginlik, yaranan vəziyyətin səbəbi və ortaya atılan iddialar barədə ətraflı növbəti sujetimzidə.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev kontitutsiya təklif edilən dəyişikliyə qarşı iğtişaşların başladığı Qaraqalpaqda iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət elan edib. Dövlət başçısının mətbuat katibi Şerzod Əsədov teleqram kanalında bildirib ki, qərar vətəndaşların təhlükəsizliyini təmin etmək, onların hüquq və azadlıqlarını qorumaq, asayişi bərpa etmək məqsədilə verilib. Özbəkistan parlamenti də fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərmanı təsdiqləyib. Mirziyoyev də bu gün nümayişlərin keçirildiyi Nukus şəhərinə gedib və bölgə rəhbərləri ilə görüşüb. Preizdent çıxışında bildirib ki, xalqın rəyinin nəzərə alınacağını bildirsə də, bölgədə qarışıqlıq yaşanmaqda davam edir. Xalq şəhər mərkəzinə doğru hərəkət edən hərbi maşınları dayandırmağa çalışır. On minlərlə insan meydanlardadır və etirazçılarla polis arasında şiddətli qarşıdurmalar yaşanır.

Özbəkistan Respublikasınınkonstitusiyasında ediləcək dəyişikliklə muxtar respublika olan Qaraqalpaq “suveren” statusunun dəyişdiriləcəyi və Daşkəndin mərkəzi hakimiyyətinin gücləndiriləcəyi əsası ilə başlayan iğtişaşlardan sonra hökumət təkliflərində dəyişiklik edib. Belə ki, Muxtar Respublikanın statusunu müəyyən edən 70, 71, 72, 73, 74 və 75-ci maddələrə edilən dəyişikliklərdən sonra bu ərazinin “suveren” statusu ləğv edilib və yalnız “Qaraqalpaq Respublikası”nın adı çəkilib. Qaraqalpaqıstanın Özbəkistandan referendum yolu ilə ayrıla biləcəyinə dair bənd isə təklif olunan sənəddə öz əksini tapmayıb. Əvəzində, bu ərazinin istəsə müstəqilliyini əldə edə biləcəyi qeyd olunub ki, bu da Sovetlərdən qalan miras kimi dəyərləndirilib... Daşkənd administrasiyası etirazları Qazaxıstandakı “Qanlı Yanvar hadisələri”ndə olduğu kimi xarici güclərin törətdiyini və əsas məqsədin ölkədə hakimiyyəti ələ keçirmək olduğunu iddia edib. Mirziyoyev isə narazılığa səbəb olan təklifin parlamentlə məsləhətləşərək açıqlandığını bildirib, qaraqalpaq deputatlarını xalqın problemlərini ona çatdırmamaqda günahlandırıb.