• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 03.07.2022 18:51

Ağır atletika millimizin hazırlığı başa çatıb

KepezTV Player

Ağır atletika üzrə böyüklərdən ibarət yığma komandamız təlim-məşq toplanışını başa vurub. Millimiz Göygöl olimpiya idman kompleksində gələn ay Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəylik Oyunlarına  hazırlaşıb. İlk dəfə sözügedən rayonda toplanışda olan seçməmiz 3 həftəyə yaxın burada hazırlıq keçib. Proqrama əsasən yığmamız 5-i səhər, 3-ü axşam olmaqla həftədə 8 dəfə məşq edib. Əsasən texniki çalışmalara üstünlük verən komandanın hazırlığında  6-sı qadın, 14-ü isə kişi olmaqla 20 atlet iştirak edib.