• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 03.07.2022 19:11

Gənclər şəhidlər xiyabanını ziyarət ediblər

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, eləcə də Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini yad etmək məqsədilə "Şəhidlər Xiyabanı and yerimizdir!" devizi ilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirdə şəhid anaları, adıçəkilən idarələrin rəhbərləri və əməkdaşları, 2 saylı Gəncə regional "ASAN xidmət"  mərkəzinin könüllüləri və gənclər iştirak ediblər. Ziyarətçilər Gəncə "Şəhidlər Xiyabanı" Memorial Kompleksinin önünə, daha sonra isə şəhidlərin məzarlarına tər qərənfillər düzüb, onların ruhlarına dualar oxuyublar. Tədbirə ümumilikdə 50-dən çox gənc qatılıb.