• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1048
— 02.07.2022 19:49

"Təmiz Şəhər" azad edilmiş ərazilərdə məişət tullantılarının zərərsizləşdirilməsi ilə məşğul olacaq

KepezTV Player

Prezident İlham Əliyev tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 6 avqust 2008-ci il tarixli sərəncamında dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, ölkədə bərk məişət tullantılarının yeni idarəetmə mexanizmi yaradılana qədər, işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi; eləcə də Tərtər rayonunda bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi "Təmiz Şəhər” ASC-yə həvalə edilib.