• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 02.07.2022 12:20

Avtomobil qəzasında 6 nəfər ölüb

KepezTV Player

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun  Mollacəlilli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Samux rayon sakini Orxan Hümbətovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini N.Bayramovun idarə etdiyi “DAF” markalı yük avtomobili toqquşub. Nəticədə 1994-ci il təvəllüdlü O.Hümbətov və 4 sərnişini - həyat yoldaşı, 1996-cı il təvəllüdlü Hümbətova Sona, övladı, 2020-ci il təvəllüdlü Hümbətov İbrahim və 2001-ci il təvəllüdlü Şahməmmədov Elsəvər Rövşən oğlu, 2009-cu il təvəllüdlü Yusibova Aylin Vüsal hadisə yerində ölüb. 1 sərnişin isə xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.