• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1125
— 30.06.2022 20:39

Göygöl Peşə Məktəbində "Məzun Günü"

KepezTV Player

Göygöl peşə məktəbində də məzun günü qeyd edilib. Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, məzunlarla yanaşı Göygöl Peşə məktəbi ilə əməkdaşlıq edən dövlət qurumlarının nümayəndələri də iştirak ediblər. Çıxış edənlər məzunları təbrik edərək onlara bitirdikləri peşələrə uyğun gələcəkdə işləmələrini arzulayıblar. Rəsmi hissənin sonunda fərqlənən tələbələr və bir neçə müəllim fəxri fərmanla təltif edilib. Daha sonra bədii hissədə məzunlar musiqilər ifa edib, hazırladıqları rəqs nömrələrini göstəriblər. Göygöl Peşə məktəbində cari il 17 ixtisasdan 13-ü üzrə 195 tələbə məzun adını qazanıb.