• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 30.06.2022 20:35

Peşə məktəbinin tələbələri məzun oldu

KepezTV Player

İstehsalat təctübəsini başa vuraraq, imtahanlarını uğurla verən peşə məktəblərinin tələbləri məzun olublar. Gənclər peşə məktəblərində əldə etdikləri nəzəri və praktiki bilikləri çalışacaqları müəsisələrdə tətbiq edəcəklər.

Sənaye və Texnalogiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində təhsil alan 1163 tələbədən 505-i məzun olub. Tələbələr müəllim və ustaların onlara verdikləri biliklərə necə yiyələndiklərini indi təcrübədə nümayiş etdirəcəklər. Bu məqsədlə özəl və dövlət sənaye mərkəzlərinə istehsalat təcrübələrində olan məzunlar sevincli və qürurludurlar.

Kamran Məsimli məzun: Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin Telekomnikasiya və komputer texnikasının istismarı üzrə opertor qrupunun tələbəsiyəm. 3 il oxuduq və bu gün məzun olduq və bu çox gözəl duyğudur. Bütün şagirdlərə uğurlar arzu edirəm.

Aybəniz İsayeva  məzun: Özlərinə peşə ixtisası seçmək böyük uğur deməkdir. Uşaqlara da böyük uğurlar arzu edirəm.

Mərkəzdə 25 ixtisas üzrə dərslər və istehsalat təcrübəsi keçilib. Müəllim və valideyinlər onların müstəqil həyatda vətənə, dövlətə layiqli övlad olmalarını arzu ediblər.

Şahin Məhərrəmov Peşə Təhsili Mərkəzinin direktoru: Tələbələrimiz istehsalat təcrübəsini keçiblər. Orada nəzəri cəhətdən öyrəndiklərini təcrübədə öyrəniblər. Qalan tələbələrimiz isə dövlət imtahanını verərək şəhərimizdə olan sənaye, özəl müəsisələrdə, ətrafda olan müəsisələrdə işləmək üçün göndəriləcəklər. Bu gün hər bir məzunun yadında qalan tarixi bir gündür.

Esmira Beybudova  müəllimə: Bütün məzunlarımızı ürəkdən təbrik edirəm. Əksəriyyəti əsgər gedir. Sağ salamat qayıtmağı arzu edirəm. Hamısına öz arzularına çatmağı arzu edirəm.

Seymur Rzayev  Birinici Qarabağ müharibəsinin qazisi: Qoy həmişə uğurları bol olsun. Vətənə, xalqına, millətinə dorudan da dəyərli övladlar olsunlar.

Bu gün Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən isə 16 ixtisas üzrə təhsil alan 413 tələbə məzun adını qazanıb. Məzun olan bir qup tələbəyə fəxri fərmanlar təqdim edilib. Şagirdlər bədii proqramla çıxış edərək vətənə, torpağa aid şerlər söylənilib, mahnılar ifa edilib.

Elnur Vahidoğlu