• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 742
— 30.06.2022 20:31

Prezident qəbullar keçirib

KepezTV Player

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu qəbul edib.Vətən müharibəsi zamanı Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT Təhlükəsizlik Şurasında Azərbaycana göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancranini prezidentlə görüş zamanı ölkəsinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqlı və ədalətli mövqeyini daim dəstəklədiyini bildirib. Prezident İlham Əliyev o vaxt erməni işğalına görə Pakistanın Ermənistanla heç bir diplomatik əlaqə qurmamasının xalqımız tərəfindən böyük rəğbətlə qarşılandığını deyib. İiqtisadi-ticari sahələrdə əməkdaşlığımızın genişləndirilməsinin, birbaşa hava əlaqəsinin bərpasının önəmi vurğulanıb.

Dövlət başçısı Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı qəbul edib.Ölkələrimiz arasında parlamentlərarası əlaqələrin vacibliyi qeyd olunub.