• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2489
— 27.06.2022 15:54

Tovuzda evə ildırım düşüb

KepezTV Player

Tovuzda evə ildırım düşüb. Hadisə rayonun Eldəniz Quliyev küçəsi, ikinci dalanda qeydə alınıb.<br>Güclü yağışdan sonra rayon sakini Elnur Bağırova məxsus evə ildırım düşüb. İldırım nəticəsində, evin dam örtüyü alovlanıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb, evin digər hissələri yanğından mühafizə olunub. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb.