• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 25.06.2022 12:07

Vətən müharibəsi qazilərinə medallar verildi

KepezTV Player

26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə vətən müharibəsində iştirak edən qazilərlə görüş keçirilib. Rayon mədəniyyət evində təşkil edilən tədbirdə Azərbaycan ordusunun ikinci Qarabağ müharibəsində göstərdiyi şücayədən danışılıb. Dövlət tərəfindən şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının bütün qayğıları diqqət mərkəzində saxlanılır,  onların sağlamlığı, sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər həyata keçirilir. Vətən müharibəsində Kəlbəcər rayonundan 32 nəfər hərbçi, 3 nəfər mülki şəxs şəhid olub. 90 nəfər kəlbəcərli isə qazi adını alıb. Kəlbəcər rayon mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik ruhunda çıxışından sonra bir qrup qaziyə ölkə başçısı tərəfindən verilən medallar təqdim edilib.