• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 24.06.2022 20:33

"Narkomaniyaya yox deyək" adlı flaşmob keçirilib

KepezTV Player

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təşəbbüsü ilə 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü”nə həsr olunmuş "Narkamaniyaya yox deyirik ! " adlı flaşmob keçirilib. Heydər Əliyev meydanında baş tutan fləşmoba Gəncədə yaşayan və təhsil alan gənclər, həmçinin partiyanın fəal üzvləri olmaqla ümumilikdə 4000-ə yaxın gənc cəlb olunub. Gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında silsilə olaraq belə tədbirlər həyata keçirilir. Yeniyetmələrin və gənclərin daha çox düçar olduğu bu vərdişlərə qarşı sosial aksiyalar mütəmadi oaraq həyata keçirilir.