• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 24.06.2022 20:25

ADAU-da bağçılıqla bağlı elmi-praktik konfrans

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq, Üzümçülük və Şərabçılıq və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutlarının birgə təşkilatçılığı ilə elmi-praktik konfrans təşkil olunub. “Bağçılıqda prioritet istehsal sahələrinin inkişafında elm-tədris-istehsalat tendensiyasının tətbiqi və nəzəriyyədən praktikaya gedən yol” adlı konfransda meyvəçilik və tərəvəzçiliyin ölkəmizdəki tarixindən, hal-hazırdakı mövcud vəziyyətindən və bu sahəyə göstərilən dövlət dəstəyindən danışılıb, bu yöndə görülən işlərə ADAU və Elmi-Tədqiqat İnstitutlarının birgə dəstək verməsinin zəruri olduğu diqqətə çatdırılıb. Tədbirdə bağçılıqla bağlı müxtəlif mövzularda təqdimatlar edilib.