• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 24.06.2022 20:23

Şəhidlərin xatirəsinə kompleks inşa edilib

KepezTV Player

Goranboyda şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə yenidən qurulan Şəhidlər Xatirə-Abidə Kompleksinin açlışı mərasimi olub. Tədbirdə Vətən müharibəsində hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan qələbədən danışılıb. Dövlətin göstərdiyi diqqət və qayğı nəticəsində şəhid ailələri, qazilər, müharibə iştirakçılarının qayğılarının operativ şəkildə həll edildiyinə diqqət çəkilib. Şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayonun yaşayış məntəqələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələrinin yaradıldığı, Şəhidlər Xiyabanlarında və məzarlıqlarda müntəzəm abadlıq, təmizlik, səliqə-səhman işlərinin aparıldığına diqqət çəkilib. Açılışı olan Goranboy şəhəri Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələrinn rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilib. İnşa işləri zamanı şəhid ailələrinin fikir və təklifləri də nəzərə alınıb. Ölkəmizin ərazi bötüvlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla anılaraq büstləri önünə tər çiçəklər düzülüb.