• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2378
— 21.06.2022 20:32

Karusel qırılıb, 12 yaşlı uşaq xəsarət alıb

KepezTV Player

Havaların isti keçməsi parklara, istirahət mərkəzlərinə üz tutanların sayını artırıb. Ələxsus da uşaqları ilə evdən çıxanların onların əylənməsini də yaddan çıxartmırlar. Amma iyunun 19-da Gəncənin bulvar ərazisində baş verən xoşagəlməz hadisə atraksionların texniki baxımdan istismara nə dərəcədə hazır olduğunu göstərdi. Baş verən hadisənin izi ilə əməkdaşımız Aişə Rzayeva gedib, sujeti izləyək.

Kadrlarda Gəncəçay park-bulvar ərazisindəki atraksionlardan birinin fəaliyyəti əks olunur. Göründüyü kimi hər kəs birdən kadr arxasında qalan hissəyə axın edir. Təpəciklərin üzərindən yuxarı-aşağı hərəkət edən qoşqulardan birinin sıradan çıxması 12 yaşlı Nuray Abbasovanın hündürlükdən yıxılması ilə nəticələnib. Sol qabırğası sınan və bədən xəsarətləri alan uşağa xəstəxanada lazımı tibbi xidmət göstərilib, səhhəti normaldır.

Xəsarət alanın anası Günel Abbasova ilə telefon əlaqəsi

Uşağın anası ilə əlaqə saxlayırıq, telefonla danışırıq indi. Hər şey qaydasındadı. Inşallah sabah səhər-səhər çıxır xəstəxanadan. Hər şey qaydasındadı heç bir problemi yoxdur. Sabahdan sonra uşağın özünü də görəcəksiz. Özü danışmaq istəmir sizlə. Daha doğrusu intervyu vermək istəmir.

Baş verən hadisə şəhərin müxtəlif ərazilərində olan park və istirahət mərkəzləri də daxil olmaqla quraşdırılan atraksionların və əyləncə qurğularının istifadəyə sazlığı məsələsini gündəmə gətirir. Gün ərzində yüzlərlə uşağın istifadə etdiyi belə vasitələrin texniki baxımdan istifadəyə yararlı olmasının mütəmadi şəkildə yoxlanılması baş verə biləcək bədbəxt hadisələrin sığortalanmasına əsas yaradar.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Qərb sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti müfəttişliyinin əməkdaşları tərəfindən 20 may 2022-ci il tarixində yoxlama aparılıb və yoxlama zamanı aşkar edilmiş qayda pozuntuları ilə bağlı müvafiq akt tərtib edilib. Qayda pozuntularının aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi tələbi ilə bağlı Agentlik tərəfindən Qərar qəbul edilərək 07.06.2022-ci il tarixli məktubla sahibkara təqdim edilib.

Göründüyü kimi aparılan yoxlamalar zamanı istismarda olan qurğuların heç də hamısı istifadəyə yararlı və ya tam yararlı vəziyyətdə olmayıb. Belə olan halda bulvar ərazisindəki mexanikləşdirilmiş atraksionlarda təhlükəsizliyin niyə tam təmin edilmədiyi sual doğurur.

Həsən Həsənov sahibkar: Gündəlik qulluq olur yəni hər gün bunun texniki nasazlığına baxılır, yoxlanılır bu texnikadı insan taleyidi burda da. Öznüz də görüüz ki, gözlənilməyən bir şey olub kleydən aralanıb, elə böyük bir hündürlükdən də yıxılmayıb yəni. 1uşaq olub.Elə bir xəsarətid ə yoxdu.Yəni uşaq bu dəq həkim nəzarətindədi. qatar bura çatanda vaqon həmin yerdən qopdu.Uşa bura yıxılıb.

Baş verən hadisə uşaqlarını atraksionlara mindirən valideynləri narahat edir. Rəyini öyrəndiyimiz şəhər sakinləri nəinki, park-bulvardakı, Gəncədəki bütün uşaq-əyləncə qurğularında texniki yoxlamaların aparılmasının məqsədəuyğunluğundan danışır.

şəhər sakini: karuselin hər yerdə olması yaxşıdır. Ancaq belə götürəndə nəzarət yoxdu. Mən iki saatdan çoxdur burdayam. Bir nəfər görmədim nəzarət edən. Uşsğı orda özümüz yellənçəyə mindiririk, özümdə dururam yanında. Uşaq yıxılanda tuturam. Özüm nəzarət edirəm. Ama burda yoxdu nzəarət.Qaldıki o dünənki haqq heaba. Özləriningünahıdı yəqinki.vaxtında baxmayıblar qırıq şeyləri qourlar. Uşaqda istəyir. Məcbur qalıb aparırıq. Sora da fəlakət əmələ gəlir.

şəhər sakini: mən çox qorxulu olanlara icazə vermirəm. mindirəndədə özüm yanında dururam.

Atraksionlar ildə ən azı bir dəfə yoxlanılır və qeydiyyatı aparılır. Hansısa qəzalı vəziyyət olduqda problem aradan qaldırıldıqdan sonra insanların istifadəsinə verilir. Elə insanların istədiyi təhlükəsiz şəkildə uşaqlarının əylənməsinə nail olmaqdır. İyunun 19-da baş verən xoşagəlməz hadisənin bir daha təkrarlanmaması ümidi ilə Aişə Rzayeva,